Dövlət Gömrük Komitəsi  itlərə   220 min xərcləyir

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Gömrük Komitəsi itlərə 220 min xərcləyir

Sosial

14 Mart 2025 10:59 397


Dövlət Gömrük Komitəsi (DGK) itlərinə 220 min manat pul xərcləyir. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Komitə bununla bağlı açıq tender elan edib. 

Məlumata görə,  Komitə 88 it üçün ümumilikdə tərkibi quzu, toyuq və dana ətindən ibarət olan 21 ton 249,6 kiloqram quru yem sifariş edir. Başqa sözlə, bir it üçün nəzərdə tutulan yemin həcmi 241,5 kiloqramdır.  Toyuqlu pizza

Satınalmaya həmçinin, 88 ədəd xalta, eyni sayda xalta üçün ip, yemək və su qabları və 176 ədəd oyuncaq top daxildir. 

Qeyd edək ki, tenderin ehtimal edilən qiyməti 223 min 237 manatdır. 

Xatırladaq ki, DGK ötən il bu məqsədlə keçirilən tenderə 168,9 min manat vəsait xərcləyib. Tenderin qalibi isə "UNİVERSAL-RA" MMC olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!