YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Dövlətə məxsus “AA” seriyalı avtomobili qaçıran şəxs həbs olundu      

Dövlətə məxsus “AA” seriyalı avtomobili qaçıran şəxs həbs olundu      

Kriminal

28 Sentyabr 2022 17:43 753


Abşeron Rayon Məhkəməsində avtomobil oğurluğu edən 1985-ci il təvəllüdlü Ceyhun Bağırova hökm oxunub. O Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.

“Yeni Sabah” xəbər verir ki, o, Mingəçevir şəhəri ərazisində müxtəlif vətəndaşlara aid 5 avtomobil oğurlayıb. Bu avtomobillər arasında  “Azərişıq” ASC-nin Enerji Təhcizatı və Satışı İdarəsinin balansında olan “VAZ 2106” maraklı, AA seriyalı avtomobil də olub. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Ceyhun Bağırov ifadəsində bildirib ki, ilk dəfə oğurluq etdiyinə görə 2014-cü ildə 4 il müddətinə həbs olunub və 2018-ci ildə azadlığa çıxıb, taksi sürücüsü olaraq fəaliyyət göstərir: “Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasından A.Məmmədov küçəsi ilə gedərkən “VAZ 2106” markalı “AA” seriyalı avtomobilin açarının açar dəliyində olduğunu gördüm, həmin anda avtomobili sürmək məqsədilə onu qaçırmaq qərarına gəldim. Ətrafda heç kim olmadığına əmin olandan sonra avtomobilə əyləşib sürməyə başladım. Həmin avtomobili təxminən 10-15 dəqiqə müddətində idarə etdim, saxlayanda açarını özümlə götürdüm”.

 O, daha sonra Mingəçevirdə “Dostluq Parkı” deyilən ərazidə yerləşən avtomobil dayanacağa gəlib: “Orada təxminən 4-5 avtomobil  var idi. Orada olan “VAZ 2106” markalı avtomobilə yaxınlaşdım. Əvvəlki avtomobilin açarı ilə maşının qapısını açdım. Sürərək Xaldan kəndinə getdim. Kənddə yüksək sürətlə idarə etdiyimdən idarəetməni itirdim. Avtomobili yolun ehtiyat hissəsində olan torpaq sahəsinə çıxardım. Sonra düşərək qaçdım.”

Ceyhun Bağırovun ifadəsinə görə, o qəza törətdiyi yerin yaxınlığında bir göy rəngli, “VAZ 2106” markalı digər avtomobilin qapısını “AA” seriyalı avtomobilin açarı ilə açaraq Mingəçevir şəhəri istiqamətində sürməyə başlayıb: “Avtomobillə AZ Qres qəsəbəsinə getdim. Həmin avtomobilin üzərində olan dövlət qeydiyyat nömrə nişanlarını çıxardım. Hara atdığım yadımda deyil”.

Ceyhun Bağırov bu cinayətlərdən başqa ötən ilin aprelin 17-də Bakıda Nəsimi rayonu ərazisində özündə olan köhnə açarlar vasitəsilə Vaz-2107 markalı göy rəngli avtomobili qaçırıb. O, avtomobili sürərək Mingəçevir şəhərinə gəlib və binaların yanında saxlayıb. Təxminən 10 gün ərzində avtomobili idarə etməyib.

 Bundan başqa o, ötən ilin aprelin 27-də spirtli içki qəbul edərək Xırdalan şəhərində ağ rəngli “VAZ-2104” markalı avtomobili qaçıraraq avtomobildəki açarla Mingəçevir şəhərinə sürüb. O, bir tanışına qaçırdığı avtomobili 1000 manata satmaq istədiyini bildirib. Həmin tanışı maşını aparıb və Ceyhuna pulunu verəcəyini deyib. Həmin vaxtdan sonra ondan xəbər ala biməyib.

Bundan sonra Ceyhun Bağırov törətdiyi əməllər səbəbindən polis tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə Ceyhun Bağırova iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Nəzrin Cavadzadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!