Dövlətə xəyanət etdi -   16 il cəza aldı

saytların hazırlanması

Evə çatdırılma

Dövlətə xəyanət etdi - 16 il cəza aldı

Hadisə

02 Dekabr 2025 09:18 433


Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən Şöhrət Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Şöhrət Məmmədov 16 il müddətinə azadlıqdan məhrum edilib. Dominos pizza

Qeyd edək ki, təqsirləndirilən Şöhrət Məmmədov DTX-nin bu ilin mart ayında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

O, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə təqsirləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!