Dronların hücumu Səudiyyənin neft hasilatını azaltdı

saytların hazırlanması

Evə çatdırılma

Dronların hücumu Səudiyyənin neft hasilatını azaltdı

Dünya

15 Sentyabr 2019 06:26 1487


Pilotsuz uçan aparatların Saudi Aramco şirkətinin neft obyektlərinə hücumu sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib. OPEC-in məlumatına görə, 2019-cuilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barel neft istehsal ediirdi.

“Yeni Sabah” xəbər verir ki, Saudi Aramco hücuma məruz qalmış müəssisələrdə yanğınların lokallaşdırıldığını təsdiqləyib. Şirkətin rəhbəri Amin Nasserin sözlərinə görə, aviahücumlar zamanı zərər çəkən olmayıb. Hazırda hasilatın bərpa olunması istiqamətində iş aparılır.

Şənbə gününə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu nəticəsində güclü yanğın baş verib. Yəmənin üsyançı-husiləri bildiriblər ki, zavodlara onların döyüşçüləri tərəfindən 10 dronla hücum edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!