DSX-nin sərhəd zastavası “silaha” komandası ilə ayağa qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

DSX-nin sərhəd zastavası “silaha” komandası ilə ayağa qaldırıldı

Hadisə

16 Dekabr 2025 12:09 511


Dekabr ayının 15-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb. 

Bu barədə “Yeni Sabah”a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, sərhəd zastavası “silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.  Sezar pizza

Keçirilən kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri – 1985-ci il təvəllüdlü Şahbazov Qədir Hüseynağa oğlu və 1986-cı il təvəllüdlü Babayev Zamiq Mövsümağa oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!