Son günlərdə Bakının bəzi rayonlarında su təchizatında problemlər yaşanır. Havanın isti keçməsini nəzərə aldıqda bu hal sakinləri həddən artıq narahat edir. Sosial şəbəkələrdə bir neçə gündür məsələ ilə bağlı paylaşımlar edilir.
Yenisabah.az xəbər verir ki, ictimai-siyasi problemlərə hər zaman münasibətini bildirən hüquqşünas Aslan İsmayılov bu mövzuda da vətəndaşların narazılığını dilə gətirib.
"Bu dəqiqələrdə Bakının Binəqədi rayonunda insanların su problemi ilə bağlı videonu izlədim. Dəhşətə gəlməmək mümkün deyil. Havaların belə isti vaxtında insanları susuz saxlamaq öldürməyə bərabərdir. Bu gün hamını ictimai asayişi qorumağa, heç bir etiraz aksiyası keçirməməyə çağırıram. Ancaq tam səmimi deyirəm, həmin şəraitə özüm də dözməzdim. Necə yəni, balalarım günlərlə suya möhtac qalsınlar, vedrə-vedrə su daşıyım balalarımı çimizdirmək üçün?! Axı bura Afrika deyil və həyətdə də orta əsrlər deyil!", - deyə hüquqşünas etirazını bildirib. pizza hut
Aslan İsmayılov DTX-ya müraciət edib:
"Buradan dövlət rəsmilərinə müraciət edirəm. Prokurorluq, DTX birinci növbədə “Azərsu”ya getməli və araşdırmalıdır ki, illərdir vətəndaşların su təczihatının yaxşılaşdırılması üçün ayrılmış 10 milyardlar haradadır?! Bu təşkilatın bütün rəhbərliyi həbs edilməlidir ki, mən də ölkədə korrupsiya ilə mübarizə getdiyini deyə bilim. Belə bir vəziyyətdə hansısa islahatdan danışmaq yersizdir.nYoxsa, başqalarını demirəm, şəxsən mən heç nəyə inanan deyiləm. İnsanları bu zülmü çəkməyə düçar edənlər layiqli cəzalarını almalıdırlar. Bunun adı nə oğurluq, nə də korrupsiyadır. Bunun adı vətəndaşlara düşmənçilikdir!"
Telegram kanalımız