DTX və polis birgə əməliyyat keçirdi: Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

DTX və polis birgə əməliyyat keçirdi: Saxlanılan var

Kriminal

09 Noyabr 2021 14:06 1248


Cəlilabad rayon sakinindən narkotik və silah-sursat götürülüb.

Yenisabah.az DİN-ə istinadla bildirir ki, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkin kənd sakini N.İmanov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 15,465 qram heroin, 10,335 qram metamfetamin, 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron və 2 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.  Pepperoni pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!