5 dekabr tarixində "FlyDubai" aviaşirkətinə məxsus "Boeing 737" tipli hava gəmisinin komandiri Moskva-Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib. Toyuqlu pizza
Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.
Telegram kanalımız