Dumana görə bəzi yollarda görünüş məsafəsi azaldı

saytların hazırlanması

Evə çatdırılma

Dumana görə bəzi yollarda görünüş məsafəsi azaldı

Sosial

10 Mart 2025 10:22 167


Paytaxtın bəzi yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Görünüş məsafəsi azalan yollar: pizza mizza

1. Zığ dairəsi- Hava Limanı yolu;

2. Heydər Əliyev prospekti;

3. Yusif Səfərov küçəsi;

4. Aeroport şosesi;

5. Ziya Bunyadov prospekti.

Sürücülərə tövsiyə

Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!