Dünya bazarlarında qızıl 100 dollar ucuzlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Dünya bazarlarında qızıl 100 dollar ucuzlaşdı

İqtisadiyyat

15 Noyabr 2025 17:56 792


Dünya əmtəə bazarlarında qızıl 100 dollar ucuzlaşıb.

“APA-Economics” xəbər verir ki, ötən gün qızıl bazarında eniş qeydə alınıb. Comex birjasında qızılının qiyməti 100,30 dollar və ya 2,39% azalaraq 4 094,20 ABŞ dolları/unsiya səviyyəsinə düşüb. Spot qızılın qiyməti isə 87,46 dollar və ya 2,10% geriləyərək 4 084,06 ABŞ dolları/unsiya təşkil edib.

Hər iki seqment üzrə dərin azalma bazarda satış təzyiqlərinin artdığını göstərir. pizza mizza

Qiymətlərin azalmasına əsasən ABŞ iqtisadiyyatına dair açıqlanan makroiqtisadi göstəricilərin Federal Ehtiyat Sisteminin (FED) siyasətinə dair gözləntiləri gücləndirməsi və dolların möhkəmlənməsi təsir edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!