Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, 2-ci oyun günündə 2 matçdan 1-i başa çatıb.
Günün ilk matçında Portuqaliya millisi Mərakeşlə üz-üzə gəlib. “Əl Tumama” stadionunda oynanılan görüşdə 1:0 hesabı ilə qalib gələn Mərakeş tarixində ilk dəfə yarımfinala yüksəlib. Digər oyunda İngiltərə və Fransa yığmaları qarşılaşacaqlar. “Əl Bayt” stadionundakı görüş 23:00-da başlayacaq. pizza mizza
Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da oynanılıb. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.
DÇ-2022, 1/4 final mərhələsi
10 dekabr
19:00. Mərakeş - Portuqaliya - 1:0
Qol: En Nesiri, 42
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu
Telegram kanalımız