Dünya çempionatı: Azərbaycanın bir boksçusu finalda, digəri bürünc medal əldə etdi

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Azərbaycanın bir boksçusu finalda, digəri bürünc medal əldə etdi

İdman

12 May 2023 21:12 994


Azərbaycan boksçusu Məhəmməd Abdullayev Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, 92 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı finala gedən yolda Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Abdullayev mundialı bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatı olub.

Qeyd edək ki, daha əvvəl Alfonso Dominqes yarımfinalda gürcüstanlı Georgi Kuşitaşvilini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçısı həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Qarşılaşma mayın 14-də olacaq. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!