Dünya çempionatı: Azərbaycanın iki boksçusu bürünc medalı təmin etdi

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Azərbaycanın iki boksçusu bürünc medalı təmin etdi

İdman

10 May 2023 21:12 977


Azərbaycan boksçusu Alfonso Dominges Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Yenisabah.az xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda yerli idmançı Şoxcahon Abdullayevlə qarşılaşıb.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges yarımfinala adlamaqla ən azı bürünc medalı təmin edib. Sezar pizza

Bu gün həmçinin 91 kq-dan yuxarı çəkidə mübarizə aparan Maqomed Abdullayev də 1/4 final görüşündə qüvvəsini sınayacaq. Onun rəqibi gürcüstanlı Nikoloz Beqadze olacaq. Yarımfinal döyüşləri mayın 12-də olacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan boksçularından Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mundialı medalsız başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!