Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə başlayır

İdman

11 May 2023 13:09 715


Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında daha 2 cüdoçumuz mübarizəyə başlayacaq.

Yenisabah.az xəbər verir ki, 90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 1/32 final mərhələsində Kevin Budayinlə (Kamerun) qarşılaşacaq. 

Eyni çəkidə mübarizə aparan Murad Fətiyev isə 1/32 finalda Aleks Kretlə (Rumıniya) üz-üzə gələcək.  Dominos pizza

Qeyd edək ki, daha əvvəl  Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. 

Əlavə edək ki, dünya çempionatına mayın 14-də yekun vurulacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!