Dünya çempionatı: Cüdoçumuzdan bürünc medal

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Cüdoçumuzdan bürünc medal

İdman

11 Oktyabr 2022 17:40 861


Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Yenisabah.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxə, 1/8 finalda Nurlıxan Şerxanı (Qazaxıstan),  1/4 finalda ikiqat dünya çempionu Jorje Fonsekanı (Portuqaliya) məğlub edib. Yarımfinalda o, Kayl Reyesə (Kanada) uduzub. Bürünc uğrunda mübarizədə cüdoçumuz Toma Nikoforovla (Belçika) qarşılaşıb və vaza-ari qalib gələrək bürünc medal qazanıb.

Builki dünya çempionatında bundan əvvəl Azərbaycandan təkcə Hidayət Heydərov (73 kq) bürünc medal qazanmışdı. pizza sifarişi

Qeyd edək ki, mundiala oktyabrın 13-də yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!