Dünya çempionatına bilet satışı marağa səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatına bilet satışı marağa səbəb oldu

İdman

21 Yanvar 2022 13:23 891


Bu il Qətərdə keçiriləcək Dünya çempionatına bilet satışının başlaması böyük marağa səbəb olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

24 saat ərzində dünya üzrə azarkeşlər tərəfindən 1,2 milyon bilet üçün müraciət gəlib. pizza sifarişi

Ən çox tələb yerli fanatlardan olub. Daha sonra Argentina, Meksika, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya və Fransadan olan tərəfdarlar bilet almaq istəyib.

Artıq final qarşılaşması üçün 140 mindən çox, açılış görüşü üçün isə 80 mindən çox bilet sifariş olunub.

Bilet satışının ilkin mərhələsi fevralın 8-dək davam edəcək.

Qətərdəki dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!