Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.
Yenisabah.az xəbər verir ki, oyunu polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Marçinyaka yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.
Görüşün VAR hakimi Tomaş Kvyatkovski olacaq.
Qeyd edək ki, dekabrın 14-də oynanılacaq Fransa - Mərakeş matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Telegram kanalımız