Dünya çempionatının ilk finalçısı müəyyənləşib

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatının ilk finalçısı müəyyənləşib

İdman

09 Fevral 2022 09:59 617


Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu, Braziliya "Palmeyras"ıdır. Komanda yarımfinalda Misirin "Əl-Əhli" klubuna qalib gəlib. Cənubi Amerika təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasında fevralın 9-u keçiriləcək digər yarımfinal matçının qalibi olacaq. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!