Dünya çempionu olmuş fransalı futbolçu karyerasını başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionu olmuş fransalı futbolçu karyerasını başa vurdu

İdman

23 Dekabr 2022 23:56 867


Fransa millisinin sabiq futbolçusu Blez Matyuidi peşəkar karyerasını başa vurub.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Futbol, ​​səni sevdim. Mənə çox şey verdin. Keçdiyim yola baxanda gözümdən yaş süzülür. Bütün arzularımı yerinə yetirdim. Bu səhifəni çətinliklə, amma qürurla çevirirəm. Bu yolda məni müşayiət edən insanlara təşəkkür edirəm", - deyə futbolçu yazıb. pizza hut

Qeyd edək ki, Fransa yığması ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olan Blez Matyuidi son olaraq ABŞ-ın "İnter Mayami" klubunda çıxış edib.

Futbolçu Fransa millisində 84 oyuna çıxıb və 9 qol vurub. 2018-ci ildə milli komanda ilə birlikdə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!