Dünya çempionuna gömrükdə vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionuna gömrükdə vəzifə verildi

İdman

10 Fevral 2022 17:39 1154


Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, 37 yaşlı idmançı "Azerterminalkompleks" Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib.

Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Pepperoni pizza

Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.

Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    TƏBRİK EDİRƏM. YENİ İŞİNIZDƏ SİZƏ UĞURLAR DİLƏYİRƏM. HÖRMƏTLƏ. RAHİM. MÜƏLLİM. SUMQAYIT.
    4 years ago