Bu gün bütün dünya Fransada olimpiada oyunları zamanı baş verən utancverici hadisələri müzakirə etməkdədir. Fransanın sözügedən mötəbər tədbiri siyasiləşdirməsi, cinsi azlıqları təbliğ etməsi, xristianlığa, onun böyük şəxsiyyətlərinə hörmətsiz münasibət nümayiş etdirməsi haqlı olaraq bütün dünyada hiddət doğurdu.
Biz dəfələrlə Fransanın İslama qarşı dözümsüz münasibətinin şahidi olmuşuq. Bu ölkədə davamlı olaraq İslama və müsəlmanlara qarşı müxtəlif məkrli addımlar atılmış, Məhəmməd Peyğəmbərin karikaturası çəkilmiş, müsəlmanların inanclarına toxuna biləcək digər addımlar atılmışdır.
Lakin bu dəfə dünya Fransanın təkcə müsəlmanlara qarşı deyil, xristianlığa və İsa Peyğəmbərə qarşı da dözümsüz və alçaldıcı münasibətinin şahidi oldu. pizza hut
Bu isə Fransanın növbəti dəfə dini dözümsüzlük nümayiş etdirərək olimpiadanı öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsətə çevirməsi anlamına gəlir.
Fransa təəssüf ki, eyni münasibəti Azərbaycana qarşı da sərgilədi, ölkəmizi Ermənistana qarşı təcavüzdə günahlandırmağa cəhd etdi. Görün dünya nə günə qalıb ki, Afrikanı dağıdan, yeraltı və yerüstü sərvətlərini talayan, azsaylı xalqların hüquqların pozan Fransa Azərbaycanı təcavüzdə günahlandırır. Yaxşı olardı, Fransa güzgüdə özünə baxsın. Hansı günə qaldığını görsün.
Paris Olimpiadasının açılış mərasimində İsa Peyğəmbər və onun həvarilərinin hörmətdən salınması, onların o dövrdəki görüş mərasimlərinə bənzər təqdimatın hazırlanması Fransanın xristianlara qarşı təhqiramiz münasibətini açıq ortaya qoyur.
Bütün bunlarla yanaşı, Fransa burada qeyri-ənənəvi nikahları təbliğ edən nümayişkaranə davranış sərgiləyir ki, bu da əksər dünya ölkələri tərəfindən birmənalı qəbul olunmur. Bütün dünya bu məsələyə kəskin münasibət bildirməli, Fransanın bu əməlini qətiyyətlə qınamalıdır. Hətta xristian dünyası bu proseslərin önündə gəlməli, Roma-Katolik kilsəsi və digər xristian kilsələri bu məsələyə qəti şəkildə reaksiya verməlidirlər.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı
Telegram kanalımız