Dünya TƏHLÜKƏDƏ - Yüzlərlə qorxulu virus...

saytların hazırlanması

Evə çatdırılma

Dünya TƏHLÜKƏDƏ - Yüzlərlə qorxulu virus...

Dünya

11 Dekabr 2024 10:14 505


Avstraliyada laboratoriyadan yüzlərlə təhlükəli virus nümunəsi yoxa çıxıb.

“Report” “Fox News”a istinadən xəbər verir ki, bu barədə Kvinslend ştatının hakimiyyəti məlumat yayıb.

“Hendra virusu və hantavirus daxil olmaqla 323 təhlükəli virus flakonunun yoxa çıxması barədə məlumat verilib. İnfeksion nümunələrin oğurlandığı və ya məhv edildiyi məlum deyil”, – jurnalistlər bildiriblər. pizza sifarişi

Hökumət Avstraliyanın ictimai səhiyyə departamenti olan “Queensland Health”ə “böyük tarixi biotəhlükəsizlik protokollarının pozulması” kimi təsvir edilən hadisənin araşdırılmasını tapşırıb.

“Vəziyyət təcili tədbirlər tələb edir”, – Kvinslend hakimiyyət nümayəndələri vurğulayıblar. Eyni zamanda, onlar infeksiyaların yayılma riskinin aşağı olduğunu əlavə ediblər.

Jurnalistlərin təhlükə barədə izahat üçün müraciət etdiyi Boston Şimal-Şərq Universitetinin süni intellekt və həyat elmləri şöbəsinin direktoru, fəlsəfə doktoru Sem Skarpino təsdiq edib ki, yoxa çıxmış nümunələr arasında olan bir neçə virus ölümcüldür. Lakin o vurğulayıb ki, onların əksəriyyəti insandan insana ötürülmür və buna görə də epidemiya riski aşağıdır.

“Fox News”un bildirdiyinə görə, nümunələrin yoxa çıxdığı laboratoriya “tibbi əhəmiyyət kəsb edən ağcaqanad və gənələr tərəfindən daşınan virus və patogenlərin diaqnostik xidmətlərini, müşahidəsini və tədqiqatını” təmin edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!