Dünyada koronavirus bəlası - Son statistika

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirus bəlası - Son statistika

Dünya

22 Avqust 2021 12:54 972


Hazırda hər birində 3 milyondan çox koronavirus xəstə olan 15 ölkə mövcuddur.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, dünyada Covid-19 infeksiyasına yoluxanların ümumi sayı 212 milyon 162 min 969 nəfərə çatıb.

Xəstəlikdən indiyəddək 4 milyon 436 min 906 nəfər ölüb. Toyuqlu pizza

Qlobal statistikaya görə, ABŞ hələ də 38,5 milyondan çox yoluxma və 644 mindən çox qurbanı olan Covid-19 xəstəlikli ölkələr siyahısına başçılıq edir.

Hindistan 32,4 milyondan çox yoluxma ilə ABŞ-dan sonra dünyada ikinci yerdədir.

Braziliyada Covid-19-a yoluxmaların sayı 20,5 milyonu keçib. O, qara statistikada üçüncü pilləni tutur.

Siyahıya görə, Avropa ölkələri arasında ən çox koronavirus qurbanı olan Rusiyada ölüm sayı 176.000-i ötüb.

Ümumən ABŞ, Hindistan və Braziliyadan sonra Rusiya, Fransa, Böyük Britaniya, Türkiyə, Argentina, Kolumbiya, İspaniya, İran, İtaliya, İndoneziya, Almaniya və Meksikada hələ də yoluxma sayı yüksələn trayektoriya ilə gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!