Dünyada koronavirusa yoluxanların sayı 111 milyonu ötdü

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirusa yoluxanların sayı 111 milyonu ötdü

Dünya

23 Fevral 2021 10:38 533


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 338 mindən çox artıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 338 118 nəfər yeni koronavirusa yoluxub, 7 580 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 111 102 016, ölənlərin isə 2 462 911 nəfərə çatıb. pizza

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 27 773 047 nəfər. Siyahıda daha sonra Hindistan (11 005 850), Braziliya (10 139 148), Rusiya (4 177 330), Böyük Britaniya (4 115 513), Fransa (3 543 295), İspaniya (3 121 687), İtaliya (2 809 246), Türkiyə (2 638 422), Almaniya (2 390 928), Kolumbiya (2 222 018) və Argentina (2 060 625) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!