Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açdı

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açdı

İqtisadiyyat

05 Noyabr 2025 14:44 767


Dünyanın konteyner daşımaları üzə ən böyük gəmiçilik şirkəti olan “Mediterranean Shipping Company” (MSC) Qafqaz regionunda - Azərbaycanda ilk ofisini açıb.

"Yeni Sabah" AZƏRTAC-a istinadən xəbər verir ki, artıq şirkətin Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə də təyinat olub.

Bu vəzifənin icrası Hüseyn Ramazanova həvalə olunub. Marqarita pizza

MSC İsveçrənin Cenevrə şəhərində yerləşən – nəqliyyat və logistika sahəsində qlobal liderdir. Azərbaycanda və MDB bazarında 20 ildən artıq logistika təcrübəsinə malikdir. Dünyanın aparıcı konteyner daşıma şirkətlərindən biri olan MSC 155 ölkədə 675 ofisə və təxminən 200 min əməkdaşa sahibdir. MSC-nin gəmiçilik xətti 300-dən çox ticarət marşrutu üzrə hərəkət edir və 520-dən artıq limana yan alır. İndiyə qədər Azərbaycana MSC Gürcüstan tərəfindən xidmət göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!