Dünyanın ən əcaib 10 xəstəliyi

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən əcaib 10 xəstəliyi

Sağlamlıq

20 May 2024 14:30 2492


Dünyada bilinməyən bir çox xəstəlik var. Bu xəstəliklərə tutulanlar çox az olduğu üçün çox adları belə geniş bilinmir.

Yenisabah.az bir-birindən qəribə 10 xəstəliyi təqdim edir.

1. Boantropiya Toyuqlu pizza

Bu xəstəliyə tutulan kişilər özlərinin inək və ya öküz olduqlarına inanırlar.

2. Balıq iyi sindromu

"Trimethylaminuria" olaraq da adlandırılan bu genetik xəstəlik xəstədə çürümüş balıq və zibil iyinə bənzəyən bir bədən iyinin yaranmasına səbəb olur. Onun müalicəsi yoxdur. Lakin dieta saxlamaq, antibiotik və B2 vitamininin qəbulu simptomları azaldır.

3. Qida allergiyası

İmmunitet sisteminin hər cür qidaya qeyri-adi reaksiya verməsi ilə özünü göstərən xəstəlikdir. Əlamətləri arasında qaşıntı, dil şişməsi, qusma, ishal və nəfəs darlığı yer alır.

4. Proteus Sindromu

“Proteus” Sindromu dəri, sümüklər, əzələlər, yağ toxumaları, qan və limfa damarlarının həddindən artıq böyüməsi ilə bədəndə fərqli şişlərin meydana gəlməsinə verilən addır. Adətən, üzvlərdəki sümüklər, kəllə və onurğa təsirlənir. Bu xəstəliyə tutulan insanlar damarlarında qüsur olması ilə ortaya çıxan dərin vena trombozun və ağciyər ambolisi səbəbilə erkən ölümlə üzləşə bilirlər.

Əlamətlər arasında zehni əlillik, iflic və görmə itkisi olur.

5. Hipertrikoz (Qurd adam Sindromu)

Bədəndə anormal tüklənmə ilə xarakterizə olunan xəstəlikdir. İki növü var: bütün bədəndə tüklənmə və sadəcə müəyyən bir bölgədə tüklənmə. Xəstəliyin müalicəsi yoxdur.

6. Progeria

Nadir görülən genetik pozğunluq olan bu xəstəlik uşaqlarda erkən yaşlanmaya verilən addır. Bu xəstələr ürək xəstəliklərinə görə çox vaxt dünyalarını dəyişirlər. Xəstələrin ortalama yaşam müddəti 13 ildir. Amma bəzən 20, hətta daha çox yaşaya bilirlər. Bəzi xəstələr isə daha erkən həyatlarını itirirlər.

7.Davamlı Cinsi Xəbərdarlıq Sindromu

Bu xəstəlik spontan olaraq və davamlı ortaya çıxan genital xəbərdarlıq edilmələrlə özünü göstərir. Orqazm və ya ereksiya yaşana bilər, ancaq bu şərt deyil. Yaşanan vəziyyətin cinsi istəklə heç bir əlaqəsi yoxdur və bu ciddi xəstəlikdir.

8. Lima Sindromu

Bu sindrom “Stockholm” sindromunun əksinə, girov alan adamın girovuna qarşı simpatiyası ilə ortaya çıxır.

9. Kloun Körpə Xəstəliyi (Harlequin Tipi İktiyozis)

Ağır genetik dəri xəstəliyi olan bu xəstəlik üst dərinin qalınlaşmasına səbəb olur. Doğulduğu zaman körpənin bütün bədəni dərin çatlarla bir-birindən ayrılmış ağ dəri təbəqəsi ilə örütülü olur. Xəstənin qulağı və ya burnu olmaya bilər.

10. Koro Sindromu

Koro Sindromu kişilərdə cinsiyyət orqanının kiçilməkdə və ya içəriyə çəkilməkdə olduğu qorxusuna qapılmasına səbəb olan psixiatrik bir narahatlıqdır. Xəstələr bunun baş verməsi halında öləcəklərinə inanırlar. Bu xəstəlik Hindistan, Çin və Yaponiyada yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!