Dünyanın ən təhlükəli ölkələri siyahısında   Azərbaycan da yer aldı

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən təhlükəli ölkələri siyahısında Azərbaycan da yer aldı

Sosial

25 Mart 2025 16:22 1798


Dünyanın ən təhlükəsiz və təhlükəli ölkələri müəyyən edilib. 

Yenisabah.az xəbər verir ki, "Numbeo"nun təhlükəsizlik indeksinə əsasən, Andorra dünyanın ən təhlükəsiz ölkəsi seçilib. 85 min nəfərlik əhalisi olan bu kiçik Avropa ölkəsində cinayətkarlıq səviyyəsi çox aşağıdır. İkinci yerdə Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yerdə isə Qətər qərarlaşıb. Dördüncü və beşinci yerləri müvafiq olaraq Tayvan və Oman tutub.

Ən təhlükəli ölkələr sırasında isə birinci yerdə Venesuela, ikinci yerdə Papua Yeni Qvineya, üçüncü yerdə isə Haiti yer alıb. Araşdırmada 205 ölkədən 147-si qiymətləndirilib. Marqarita pizza

Azərbaycanın bu siyahıdakı mövqeyi barədə də məlumatlar mövcuddur. "Global Terrorism Index 2025" hesabatına əsasən, Azərbaycan terror təhlükəsi üzrə 0.233 indekslə 90-cı yerdə qərarlaşıb və bu, ölkəmizin ən təhlükəsiz ölkələrdən biri olduğunu göstərir.

Türkiyə isə "Numbeo"nun siyahısında 57-ci yerdə qərarlaşıb və bu, orta təhlükəsizlik səviyyəsini əks etdirir.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!