Dünyanın ən yaşlı kişisi, "Titanik" gəmisinin batdığı 1912-ci ildə anadan olan britaniyalı Con Alfred Tinnisvud 112 yaşında vəfat edib.
Yenisabah.az Axşam.az-a istinadən xəbər verir ki, Tinnisvud İngiltərənin Sautport şəhərindəki qocalar evində dünyasını dəyişib.
Qeyd edək ki, o, ötən ilin aprelində dünyanın ən yaşlı kişisi olaraq Ginnesin Rekordlar Kitabına düşmüşdü. Bu status ona əvvəlki sahibi, 114 yaşlı venesuelalı Xuan Visente Peres Moranın ölümündən sonra keçmişdi. pizza
Con bir neçə il əvvəl BBC-yə verdiyi müsahibədə gəncliyində kifayət qədər aktiv olduğunu və çox gəzdiyini bildirmişdi. Lakin o, rekord uzunömürlülüyünün səbəbinin nədən ibarət olduğunu bilmədiyini açıqlamışdı.
Telegram kanalımız