Durduğu yerdə həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Durduğu yerdə həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Kriminal

20 Aprel 2022 09:46 702


22.11.2021-ci il tarixdə Göyçay rayonu Bəydövül kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. 

Bu barədə "Yeni Sabah"a Göyçay rayon prokurorluğundan məlumatıİstintaqla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində heç bir əsaslı səbəb olmadan Elvin İsmayılova soyuq silah hesab edilən bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Qılman Mustafayevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə ) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!