Düşmən  iriçaplı pulemyotlardan istifadə etdi

saytların hazırlanması

Evə çatdırılma

Düşmən iriçaplı pulemyotlardan istifadə etdi

Siyasət

08 May 2019 08:19 938


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Pepperoni pizza

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Acarlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!