“Düşmənin bir çox hərbi texnikası sıradan çıxarılıb” – Ali Baş Komandan

saytların hazırlanması

Evə çatdırılma

“Düşmənin bir çox hərbi texnikası sıradan çıxarılıb” – Ali Baş Komandan

Siyasət

27 Sentyabr 2020 12:08 1245


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhədəki vəziyyətlə əlaqədar Azərbaycan xalqına müraciət edib.

Prezident İlham Əliyev bilidirib ki, bu gün səhər saatlarında Ermənistan Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda hərbi mövqelərimizi atəşə tutub.

Prezident deyib ki, düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. pizza hut

“Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq”,-deyə Prezident əlavə edib.

Ali Baş Komandan vurğulayıb ki, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir:

“Bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxarılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!