DYP Qaradağdakı qəza ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

DYP Qaradağdakı qəza ilə bağlı məlumat yaydı

Hadisə

25 Dekabr 2025 11:47 355


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Qaradağdakı qəza ilə bağlı məlumat yayıb.

“Yeni Sabah”ın xəbərinə görə, məlumatda deyilir ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Dominos pizza

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!