Əcnəbi hava limanında iki kiloqram kokainlə tutuldu -   Video

saytların hazırlanması

Evə çatdırılma

Əcnəbi hava limanında iki kiloqram kokainlə tutuldu - Video

Kriminal

11 May 2019 15:57 960


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən "Yeni Sabah"a verilən məlumata görə, Doha-Bakı aviareysi ilə gələn Braziliya Federativ Respublikası vətəndaşı De Lima Medeiros Julio Cesarın baqajı rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri görünüb. 

Bu səbəbdən vətəndaşın baqajına təkrar yoxlama keçirilib. Nəticədə, qara rəngli çamadanın astarının altında, yan divarlarına yapışdırılan, ağ rəngli plastik materialdan hazırlanan təbəqənin arasından, gömrük nəzarətindən gizlədilən 12 ədəd alüminium falqada olan paketlər müəyyən edilib.  Dominos pizza

Paketlərə ayrı-ayrılıqda baxış zamanı oradan ağ rəngli, toz şəklində qablaşdırılması ilə birlikdə ümumi çəkisi 2066 qram olan narkotik vasitə - kokain aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!