Futbol üzrə Belçika millisinin və “Real Madrid”in hücumçusu Eden Azar yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat yayıb.
“Beynəlxalq karyeramı bitirmək qərarına gəldim. Bunun üçün darıxacağam”, – deyə futbolçu sosial şəbəkədəki səhifəsində yazıb. pizza mizza
Xatırladaq ki, 31 yaşlı Eden Azar Belçika millisində 126 oyun keçirib. Hücumçu sonuncu dəfə cari Dünya Çempionatının qrup mərhələsində Xorvatiya ilə oyunda (0:0) Belçika millisinin formasını geyinib. Azar 2008-ci ildə “qırmızı iblislər”in heyətində debüt edib.
Telegram kanalımız