Efirdə dava düşdü: Meyxanaçı Samirə ekspertə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Efirdə dava düşdü: Meyxanaçı Samirə ekspertə hücum etdi

Şou

23 Noyabr 2023 17:29 992


"Space TV"də yayımlanan "Gəl danış" verilişində gərgin anlar yaşanıb. 

Yenisabah.az axşam.az-a istinadən bildirir ki, meyxanaçı Samirə Yusifqızı ilə jurnalist Ramilə Sultan arasında mübahisə düşüb.

Samirənin rəqs videosu ilə bağlı tərəflər arasında bir müddət əvvəl mübahisə düşmüşdü. Bu dəfə isə onlar sözügedən verilişdə mübahisə ediblər. Tərəflər bir-birinin ünvanına sərt sözlər deyib. Samirə yerindən duraraq jurnalistə hücum edib. Kənarda oturan ekspertlər onları ayrımağa çalışıb. pizza

Bir-birini təhqir edən meyxanaçı ilə jurnalistin mikrofonu bağlanılıb.

Qeyd edək ki, son günlər sosial mövzulu verilişlərdə bu kimi hallar tez-tez yaşanır. Bundan əvvəl "Xəzər TV"də efirə gedən "Təsir dairəsi" verilişində ekspert iştirakçıya hücum etmişdi. Daha sonra "Bizimləsən" proqramında kömək istəmək üçün gələn iki qadın arasında dava düşmüşdü


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!