Efirdə söz davası: “Salat hazırlamağa gəlməmişəm” - Video

saytların hazırlanması

Evə çatdırılma

Efirdə söz davası: “Salat hazırlamağa gəlməmişəm” - Video

Şou

27 Oktyabr 2023 13:32 1031


"İncə səhər" verilişində qalmaqal yaşanıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, Vüsalə Əlizadənin aparıcılığı ilə yayımlanan verilişdə müğənnilər Sevil və Sevinc Səfərovalar formata uyğun olaraq yemək hazırlamaqdan imtina ediblər. 

“Burada çalışan hər kəsə hörmətimiz var. Veriliş yeni başladığı üçün sevə-sevə razılaşıb gəlmişik. Amma studiyada olan bir çox insan xasiyyətimizi bilir. Verilişə gəlirəmsə, hazırlaşıram, əziyyət çəkirəm, günlərlə geyimlər seçilir. Mən müğənniyəm, efirə ifa etmək üçün gəlirəm. Mətbəxdə bizim əl qabiliyyətimizi hər kəs bilir. Efirə salat hazırlamağa gəlməmişəm. Əlini yuyursan, ifa edirsən, salat hazırlayırsan... Düşünürəm ki, bu düzgün deyil” - deyə ifaçılar etiraz ediblər.  pizza sifarişi

V. Əlizadə isə bacıların fikrinə belə rekasiya verib: “Ola bilər ki, sənin fikrincə düzgün deyil. Amma verilişin formatına hörmət etməlisiniz. Xalq artistləri, əməkdar artistlər, sizdən öncə sənətdə olanlar da burada iştirak edib. Çalışırıq ki, səhər efirində daha əyləncəli, pozitiv ab-hava yaradaq. Bu qalmaqal deyil, sadəcə bizə hörmətsizlikdir”. 

Sevil və Sevinc Səfərovalar isə verilişdə yemək hazırlamayacaqlarını öncədən proqramın prodüserinə söylədiklərini, formata isə hörmət etdiklərini vurğulayıblar: “Hörmətsizlik etsəydik, efirə gəlməzdik. Siz hazırda bizi tamaşaçıya elə təqdim edirsiniz ki, “Qızlar” hörmətsizlik edir”. Heç bir halda belə bir şey yoxdur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!