Efirdə üzük taxmışdılar - 2 övladı var imiş

saytların hazırlanması

Evə çatdırılma

Efirdə üzük taxmışdılar - 2 övladı var imiş

Şou

14 Oktyabr 2025 11:46 759


Bir müddət əvvəl ifa zamanı üzük taxmaqla gündəmə gələn xanəndələr Cahangir Əliyev və Gülnar Zeynalovaya evlilik təklif olunub.

Yenisabah.az xəbər verir ki, "Elgizlə izlə" verilişində aparıcı "niyə evlənmirsiniz" sualı verib. İfaçılar sadəcə dost olduqlarını qeyd ediblər:

Gülnar Zeynalova bilidirib ki, onun 2 övladı var: "Qızımın 6, oğlumun isə 5 yaşı var. Cahangirlə də sadəcə duet ortağıyıq, həm də ailəvi dostuq. O, evimizin içi kimidir". Dominos pizza

Cahangir Əliyev bildirib ki, onlar hər zaman çətin günlərdə bir-birinə dəstək olublar:

"Gülnar xanımın ən çətin anlarında yanında olmuşam. Eyni ilə o da hər zaman yanımda olub. Allahın işidir. Heç kəs peyğəmbərlərimizdən artıq deyil. Qismətdə nə varsa, o da olacaq. Hazırda belə bir fikrimiz yoxdur. Mən onu toylara aparmaq üçün üzərimə məsuliyyət götürmüşəmsə, evə gətirmək üçün də məsuliyyət mənim üzərimdədir. Başqasına etibar etmək də çətin məsələdir. Mənim hər qərarıma da ailəm hörmətlə yanaşır". 

Xatırladaq ki, Cahangir Əliyev subaydır, Gülnar Zeynalova isə hazırda boşanmış vəziyyətdədir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!