Əfqan nümayəndə heyəti Türkiyəyə getdi

saytların hazırlanması

Evə çatdırılma

Əfqan nümayəndə heyəti Türkiyəyə getdi

Dünya

14 Oktyabr 2021 12:33 837


"Taliban" müvəqqəti hökumətinin nümayəndə heyəti Türkiyə rəsmiləri ilə danışıqlar aparmaq üçün Ankaraya yola düşüb.

Yenisabah.az xəbər veri ki, bu barədə Əfqanıstan XİN-in sözçüsü Əbdülqəhhar Bəlxi məlumat yayıb.

O, öz "Twitter" hesabından xarici işlər naziri Əmirxan Mottəkinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dəvəti ilə yeddi nəfərlik bir heyətlə Ankaraya getdiyini bildirib. pizza

Bəlxi onu da əlavə edib ki, tərəflərin ikitərəfli münasibətlərin yaxşılaşdırılması, ticarət, humanitar yardım və miqrasiya məsələlərini müzakirə edəcəyi gözlənilir.

Əbdülqəhhar Bəlxi də heyətin üzvləri arasındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!