Əfqanıstan Kabil aeroportundan bütün reysləri dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstan Kabil aeroportundan bütün reysləri dayandırdı

Dünya

23 Avqust 2021 18:58 874


Əfqanıstanın Kabildəki Həmid Kərzai Beynəlxalq Hava Limanından bütün uçuşlar dayandırılıb.

Yenisabah.az xəbər verir ki, qərar Əfqanıstan Mülki Aviasiya İdarəsi tərəfindən qəbul edilib. Rejim əlavə xəbərdarlığa qədər qüvvədə qalacaq.

İdarənin “Facebook” hesabında verdiyi açıqlamada vətəndaşlara hava limanına getməmək çağırışı edilib. Bu, izdihamın və “sonrakı mümkün qəzaların” qarşısını almaq üçün lazımdır. İndi idarə Əfqanıstanın əyalətləri arasında, eləcə də xaricə uçuşları bərpa etmək üçün çalışır./Oxu.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!