Əfqanıstanda 14 milyon insan şiddətli aclıqla üzləşir - BMT

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanda 14 milyon insan şiddətli aclıqla üzləşir - BMT

Dünya

19 Avqust 2021 12:22 738


"Əfqanıstanda humanitar böhran yaşanır, "Taliban" hakimiyyəti ələ keçirəndən sonra 14 milyon insan şiddətli aclıqla üzləşir".

Yenisabah.az AP-a istinadla xəbər verir ki, bunu BMT-nin Dünya Ərzaq Proqramının Əfqanıstan üzrə direktoru Mari Ellen MakQroarti bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı münaqişə ölkədə son 3 ildə ikinci şiddətli quraqlıq, həmçinin COVID-19 pandemiyasının sosial-iqtisadi nəticələri onsuz da ağır bir vəziyyəti fəlakətə doğru yönəldib. Marqarita pizza

Mari Ellen MakQroarti quraqlıq ucbatından məhsulların 40%-dən çoxunun azaldığını və mal-qaranın məhv edildiyini, "Taliban"ın irəliləməsi nəticəsində yüz minlərlə insanın köçkün düşdüyünü və qışın yaxın olduğunu vurğulayıb.

Dünya Ərzaq Proqramı may ayında 4 milyon insana yardım edib və önümüzdəki 2 ay ərzində yardımı 9 milyona çatdırmağı planlaşdırır, lakin çoxlu çətinliklər var.

Proqram direktoru qışdan və yolların bağlanmasından əvvəl icmalara çatması üçün ölkəyə ərzaq gətirmək naminə qarşıdurmaya son qoymağa və 200 milyon dollar yardıma ehtiyac duyulduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!