Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışda həlak olan və yaralananlar var.
“Yeni Sabah” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib.
Partlayıcı maddə ilə dolu avtomobilin partladılması nəticəsində 5 nəfər həlak olub, daha 100-ə yaxın yaralının olduğu bildirilir. pizza
Hadisə zamanı yaxınlıqda olan yanacaq dolu sisternlər də yanmağa başlayıb. Nəticədə bir neçə evə zərər dəyib.
Hadisəyə görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb.
Həmçinin xəbərdə bildirilib ki, hadisədən sonra ərazidə atışma səsləri də eşidilib.
Telegram kanalımız