"Bu gün yeni Əfqanıstan hökumətinin açıqlanacağına dair məlumatlar şayiədir".
Yenisabah.az "Sputnik"ə istinadal xəbər verir ki, bunu "Taliban" sözçüsü Zəbihullah Mücahid bildirib.
O, Əfqanıstanın yeni kabinə üzvlərinin açıqlanacağın dair xəbərləri təkzib edib. Marqarita pizza
"Taliban" sözçüsü deyib: "Mediadakı yeni Əfqanıstan hökuməti ilə bağlı məlumatlar doğru deyil və bu cür məlumatlar şayiədir".
Bir neçə saat əvvəl "Əl-Cəzirə" telekanalı və "Reuters" agentliyi "Taliban" mənbələrinə istinadla, qrupun siyasi lider müavini Molla Əbdülqəni Bəradərin Əfqanıstanda yeni hökumətə rəhbərlik edəcəyini bildirib.
Daha sonra "Sputnik" xəbər agentliyi Molla Heybətullah Axundzadənin Əfqanıstan hökumətinə rəhbərlik edəcəyi barədə məlumat yayıb.
Telegram kanalımız