Əfqanıstan paytaxtında baş verən terror hücumunda Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin əməkdaşı öldürülüb.
“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı daha bir nəfər ağır yaralanıb.
Xəbər verdiyimiz kimi, Rumıniya XİN hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, səfirliyinin Kabildə yerləşdiyi düşərgədə sentyabrın 2-dən 3-nə keçən gecə xarici vətəndaşlara qarşı yönəlmiş terror aktı baş verib: "Terror hücumu nəticəsində Rumıniyanın Kabildəki diplomatik nümayəndəliyinin bir nümayəndəsi ölüb, digəri ağır yaralanıb. Yaralı Rumıniya vətəndaşı vəziyyətindən asılı olaraq ən qısa müddətdə Avropaya çatdırılacaq”. Dördpendirli pizza
Telegram kanalımız