Əfqanıstanın yeni hökuməti tezliklə elan olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanın yeni hökuməti tezliklə elan olunacaq

Dünya

01 Sentyabr 2021 13:44 1089


"Taliban"ın təşkilatçılığı ilə Əfqanıstanın yeni hökumətinin üzvləri yaxın bir neçə gündə açıqlanacaq.

Yenisabah.az "Bloomberg News"a istinadla xəbər verir ki, radikal qrup bu məsələdə ortaq rəyə gəlib.

Qrupun mədəniyyət komissiyasının üzvü Bilal Kərimi bildirib ki, Rəhbərlik Şurasına Heybətullah Axundzadə başçılıq edəcək və Axundzadənin üç müavini olacaq. Marqarita pizza

"Taliban"ın ikinci tanınmış siması Molla Əbdülqəni Bəradər, çox güman ki, həmin müavinlərdən biri olaraq görülür.

Bilal Kərimi əlavə edib:

"İslam Əmirliyinin liderləri arasında əvvəlki hökumətin rəhbərləri və digər nüfuzlu liderlərlə Əfqanıstanın inklüziv hökumətinin qurulması ilə bağlı məsləhətləşmələr rəsmi olaraq başa çatıb. Yaxın günlərdə hökumət üzvləri elan ediləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!