Əfqanıstanın yeni konstitusiyası olacaq - “Taliban“

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanın yeni konstitusiyası olacaq - “Taliban“

Dünya

20 Avqust 2021 16:57 1135


"Əfqanıstanın yeni konstitusiyası olacaq".

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu "Taliban"ın siyasi bürosunun sözçüsü Məhəmməd Naim bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda yeni bir konstitusiya olacağına heç bir şübhə yoxdur. Lakin hazırda ölkədə fövqəladə vəziyyət rejimi hökm sürür. Pepperoni pizza

Məhəmməd Naim yeni konstitusiyanın referendum yolu ilə qəbul edilib-edilməyəcəyinə dair sualı bu cür cavablandırıb: "İndi insanların ehtiyaclarını ödəmək, boşluğu aradan qaldırmaq və sonra başqa addımlar atılmaalıdır. Amma ümumilikdə yeni bir konstitusiyaya ehtiyac var".

"İndi biz hələ keçid dövründəyik. Ölkənin nazirliklərinə və hökumətinə gəlincə, vəziyyət bir neçə gün ərzində aydınlaşacaq", - deyə Məhəmməd Naim vurğulayıb.

O, ölkədə idarəetmə forması haqqında danışmağın hələ tez olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!