“Əgər mən belə idimsə, niyə bu qədər uşaq doğdu?” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Əgər mən belə idimsə, niyə bu qədər uşaq doğdu?” - Video

Şou

21 Oktyabr 2025 14:49 441


ARB TV-də yayımlanan “Günə Uğurla” verilişində əməkdar artist Mehriban Xanlarovanın kürəkəni Müşfiq arvadıı ilə münasibətlərindən danışıb.

Yenisabah.az xəbər verir ki, o, münasibətlərinin pozulmasında təqsirkar olmadığını deyib: 

"Əgər pis adam idimsə, 16 ildir yanımda nə gəzirdi?! İnsan 3-5 günə tanınmır, bəs 16 ilə məni tanımadı? 6 uşaq dünyaya gətirib, əgər mən belə idimsə, niyə bu qədər uşaq doğdu? Mən heç vaxt barışmaram. Gedin soruşun, anası niyə ondan imtina edib. Mən uşaqlarımdan imtina etmirəm. Onları istəyirəm. Versin uşaqları, saxlayım. Evim də var, imkanım da". pizza sifarişi

Əməkdar aktrisanın kürəkəni arvadının başqa bir yerdə yaşaması ilə maraqlanmadığını qeyd edib: 

"Gedib kimlə istəyir yaşasın, mənə maraqlı deyil. Məhkəməmiz hələ bitməyib. Verilişə gələrəm, ancaq o da orda olmalıdır ki, üz-üzə danışaq. Mənim heç kimdən çəkinəcək yerim yoxdur".

Aparıcı veriliş zamanı qeyd edib ki, Müşfiqin bəzi fikirləri efir etikasına uyğun olmadığından montaj zamanı çıxarılıb.

Xatırladaq ki, Mehriban Xanlarovanın qızı da “Günə Uğurla” verilişinin əvvəlki buraxılışında anası ilə barışmaq üçün studiyaya gəlmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!