Əhalinin nəzərinə: Maaş belə hesablanacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin nəzərinə: Maaş belə hesablanacaq

Sosial

30 Aprel 2025 09:12 45589


Artıq bir müddətdir ki, Azərbaycanda əmək haqqı və maaşların saatlıq iş rejimi əsasında verilməsi barədə müzakirələr gedir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqinə dair təkliflərin hazırlanaraq cari ilin 1 iyun tarixinədək aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur. Sözügedən tədbir 2025-ci il üzrə Yol Xəritəsində, “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru çərçivəsində əksini tapıb. Bu proses necə reallaşacaq? Maaşların bu formada verilməsinin vətəndaşlar üçün hansı üstünlükləri var?

“Yeni Sabah” xəbər verir ki, sözügedən məsələ ilə bağlı iqtisadçı alim, iqtisadi məsələlər üzrə ekspert Emin Qəribli Referans-a açıqlama verib. Emin Qəriblinin qənaətinə görə bu sistemə keçidin səbəbi odur ki, hazırda beynəlxalq miqyasda məhz bu üsulla maaşların ödənməsi həyata keçirilir və reallaşdırılır. Yəni, saatla hesablandıqda daha konkret olur, tədqiqat baxımından da daha dəqiq nəticələr əldə edilir. Üstəlik, hər hansı bir müqavilə bağlayarkən də iş saatları daha dəqiq müəyyənləşir. Elə işlər var ki, bütün günü əhatə etmir, yalnız müəyyən saatlarda yerinə yetirilir.

Ekspert onu da diqqətə çatdırıb ki, belə olduqda, həm dövlət həm də digər müəssisələrlə iş bölgüsü daha real şəkildə həyata keçirilir. Məsələn, günün bir hissəsində bir müəssisədə, digər hissəsində isə başqa bir müəssisədə işləyə bilərsiniz. İndiki aylıq əmək haqqı sistemində isə belə hallar tam dəqiq əks olunmur; yarım ştat anlayışı var, amma əslində kimin neçə saat işlədiyini müəyyən etmək çətin olur. Məsələn, siz gündə 2 saat işləyirsiniz, amma sənəddə yarım ştat işləyən şəxs kimi qeydiyyatda olursunuz. Yeni sistemdə isə iş saatlarınız dəqiq göstəriləcək. Pepperoni pizza

“Bu da o deməkdir ki, insanlar bir neçə yerdə qanuni şəkildə işləyə biləcək və əlavə gəlir əldə etmək imkanları yaranacaq. Yanlış anlaşılmasın: maaş artmır, sadəcə iş saatlarınız dəqiqləşir. Bu da sizə başqa yerlərdə işləyib əlavə gəlir qazanmaq üçün şərait yaradır”, – deyə Emin Qəribli əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azad
    maşş artmir deyir axi ki maşşa artimi yoxdu saatla hesablanacaq ve qeyd edir ki 1 adam 2 musəsdə işleye biler ve bu o demeydi ki əmək haqi az olacaq ve vetandaş 2 iş axdarmaqa məcbur olacaq
    12 months ago
  • Erkan
    İnşallah Normal insan kimi maaş alarıq Azərbaycan Xalqının mütləq şəkildə rifahı üçün maaşlarda yüksək artım olmalıdır öz əməyimizin qarşılığını almalıyıq, Türk dilli xalqların içində ən güclü pul vahidi bizimdir Avropadan niyə geri qalmalıyıq ki Təbii sərvətləri bol olan ölkəmizin xalqı da rifah içində yaşamalıdır.
    1 year ago