Əhalinin sayı: Nə qədər artmışıq, nə qədər azalmışıq?

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin sayı: Nə qədər artmışıq, nə qədər azalmışıq?

Sosial

18 Mart 2026 16:36 436


Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 1689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevralın 1-i vəziyyətinə 10 milyon 264 40 nəfərə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Sezar pizza

Həmçinin Azərbaycanda bu ilin yanvar ayında 7788 körpə doğulub.

Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə göstərici azalaraq 9,9-dan 8,9-a düşüb.

Doğulan körpələrin 54,2 faizi oğlan uşaqları, 45,8 faizi isə qız uşaqları olub. Körpələrin 286-sı əkiz doğulub.

Cari ilin yanvar-fevral ayları ərzində ölkədə 6243 ölüm halı qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,6-dan 7,2-yə qədər artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!