Əhaliyə daha bir xəbərdarlıq edildi - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə daha bir xəbərdarlıq edildi - RƏSMİ

Sosial

24 Fevral 2025 16:52 35661


Bu gün günün birinci yarısı havanın temperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşayiət olundu. Lakin axşama doğru temperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buzlaşması gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilir.

İdarə şaxtalı havada xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir. Marqarita pizza

Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • .....
    Yollarin buz baglamamasi ucun lazimi tedbirleri gorseniz vaxtinda bu isin uzerine dusseniz o halda suruculerde yollarda cetinlik yasamazlae
    1 year ago