ƏHD Partiyası seçkilərlə bağlı qərarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

ƏHD Partiyası seçkilərlə bağlı qərarını açıqladı

Siyasət

24 İyun 2024 12:47 617


Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin iclası keçirilib. 

Yenisabah.az-a verilən məlumata görə, partiyasının İdarə Heyəti öncə paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində vəzifə borclarını yerinə yetirərkən həlak olan polis əməkdaşları və mülki vətəndaşımızın ölümü ilə bağlı başsağlığı açıqlamasını təqdim edib. Açıqlamada deyilir: “Vəzifə borclarını yerinə yetirərkən həlak olan polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev, polis serjantı Mirəli Heydərovun və mülki vətəndaşımızın ölümündən kədərləndirdiyimizi bildirir, Daxili İşlər Nazirliyinin əməkdaşlarına, qətlə yetirilən şəxslərin doğma və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”. 

İdarə Heyəti daha sonra Dağıstan Respublikasında, Azərbaycanla sərhəddə baş verən terror aktını, xüsusilə kilsə və sinaqoqun yandırılmasını qətiyyətlə pisləyib:  pizza

“Terror aktı nəticəsində həyatını itirən polis əməkdaşları və mülki şəxslərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”. 

İdarə Heyəti həmçinin növbədənkənar parlament seçkisinin keçirilməsinə dair Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsünü dəstəklədiyini açıqlayıb və seçkidə iştirakla bağlı qərar qəbul edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!